Muzey Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” II ümumrespublika sərgisi açılıb - FOTOSESSİYA - VİDEO

Muzey Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” II ümumrespublika sərgisi açılıb - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 01 iyun 2012 13:19 (UTC +04:00)
APA-nın məlumatına görə, sərginin açılış mərasiminə fövəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, həmçinin Təhsil Nazirliyinin nümayəndələri qatılıb.

Bütün şəhər və rayonların ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirak etdiyi müsabiqəyə rəsm, plakat, əl işi, yumşaq oyuncaq, yanğın qəza-xilasetmə texnikasının modeli nominasiyaları üzrə işlər təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

Müsabiqənin təşkilat komitəsinə 355 rəsm, 218 plakat, 146 əl işi, 117 model və 82 yumşaq oyuncaq təqdim olunub. Münsiflər heyəti iştirakçılardan 20 nəfəri birinci, 23 nəfəri ikinci, 27 nəfəri üçüncü yerə, 12 nəfəri isə həvəsləndirici mükafata layiq görüb. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR