Serbiya səfiri Belqradı faşistlərdən azad edən azərbaycanlılardan ibarət 223-cü diviziya haqqında filmin nümayişinə qatılıb - FOTOSESSİYA

Serbiya səfiri Belqradı faşistlərdən azad edən azərbaycanlılardan ibarət 223-cü diviziya haqqında filmin nümayişinə qatılıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyun 2012 14:42 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda Belqradı faşistlərdən azad edən azərbaycanlılardan ibarət 223-cü diviziya haqqında film nümayiş olunub. APA-nın xəbərinə görə, filmin nümayişinə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də qatılıb. Filmin Azərbaycanda ilk nümayişi diviziyanın yeganə sağ qalmış döyüşçüsü, əslən Sabirabadın Qaralar kəndindən olan leytenant Zülfəli Hüseyn oğlu Əliyevin 90 illik yubileyi münasibətilə təşkil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin “Səlnamə” kinostudiyasının çəkdiyi “Xəzərdən Dunaya kimi” qısametrajlı filmin rejissoru Tahir Əliyevdir. Filmdə 223-cü diviziyanın döyüş yolundan və Belqrad şəhərinin bu diviziya tərəfindən azad edilməsindən bəhs olunur. Filmə Z. Əliyevin həmin illərin xatirələri barədə söhbətləri də daxil edilib. Artıq Serbiya, Rumıniya və Ukraynada nümayiş etdirilmiş filmin yaxın günlərdə “Nizami” Kino Mərkəzində də nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR