Tərbiyə müəssisəsində “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilib

Tərbiyə müəssisəsində “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilib
# 01 iyun 2012 16:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub. Tədbirdə çıxış edən Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Penitensiar Xidmətin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə tədbirlər keçirdiyini qeyd edib.

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Dövlət Muğam Teatrının direktoru Arif Qazıyev, Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının və İctimai Komitənin üzvü Nazir Quliyev çıxış edərək, tərbiyə olunanları Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik ediblər.

Tədbir zamanı Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən müəssisəyə müasir tipli kompüter dəsti hədiyyə edilib. Daha sonra Azərbaycan Dövlət Muğam Teatrının kollektivi konsert proqramı ilə çıxış edib.

Tərbiyə müəssisəsində tərbiyə olunan yeniyetmələr üçün kompüter tədris kursları açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR