Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar iməcilik keçirilib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar iməcilik keçirilib - <font color=red>FOTO</font>
# 02 iyun 2012 09:41 (UTC +04:00)
Bakı. Pərvanə Paşayeva – APA. Bu gün 5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bayıl yamacında iməcilik keçirilib. ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, iməcilikdə nazirliyin 400-ə yaxın əməkdaşının iştirakı ilə 10 hektar ərazidə abadlıq işləri aparılıb, ağaclara qulluq edilib.

Qeyd edək ki, 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində respublikanın rayonlarında da iməciliklər təşkil olunub, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənib.

ETSN hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.

Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR