Azərbaycan ərazisində hava sabit olacaq

Azərbaycan ərazisində hava sabit olacaq
# 02 iyun 2012 10:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx və Sahildə isə 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 3-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

İyunun 3-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR