Bakıda keçirilən XI siniflər üzrə buraxılış imtahanları zamanı 3 valideynə tibbi yardım göstərilib

Bakıda keçirilən XI siniflər üzrə buraxılış imtahanları zamanı 3 valideynə tibbi yardım göstərilib
# 02 iyun 2012 11:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda keçirilən XI siniflər üzrə buraxılış imtahanları zamanı heç bir şagirdin tibbi yardıma ehtiyacı olmayıb. Bu barədə APA-ya Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, bu gün Bakıda 53 məktəbdə təcili yardım maşınları növbədə dayanıb. İmtahan normal keçib və şagirdlərə tibb yardım göstərmək zərurəti yaranmayıb. İmtahan prosesi zamanı 3 valideynə tibbi yardım göstərilib.

Z. Vahidova deyib ki, sabah IX siunif şagirdlərinin buraxılış imtahanları zamanı təcili yardım maşınları 68 binada növbə çəkəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR