Bakıda ABŞ-ın ali təhsil müəssisələrinin iştirakı ilə təhsil yarmarkası keçirilib

Bakıda ABŞ-ın ali təhsil müəssisələrinin iştirakı ilə təhsil yarmarkası keçirilib
# 02 iyun 2012 13:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Bakıda ABŞ-ın ali təhsil müəssisələrini bitirən Azərbaycanlı məzunlar Assosiasiyasının Amerika Mərkəzində «açıq qapı» tədbiri və ABŞ-ın ali təhsil ocaqlarının təhsil yarmarkası keçirilib.

APA-nın məlumatına görə, tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakı Təhsil İnformasiya Mərkəzi tərəfindən təşkil olunub. Burada bütün arzu edənlər ABŞ-da ali təhsil haqqında və təhsil şərtləri ilə bağlı ətraflı məlumat alıblar. Yarmarkada ABŞ-ın 30-dan artıq təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində ABŞ səfirliyinin mədəniyyət üzrə attaşesi Kris Cons da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR