BMT baş katibi Ümumdünya Ətraf Mühit Günü münasibətilə müraciət edib

BMT baş katibi Ümumdünya Ətraf Mühit Günü münasibətilə müraciət edib
# 04 iyun 2012 08:39 (UTC +04:00)
BMT-nin Bakı Ofisindən APA-ya verilən məlumata görə, günün bu ilki mövzusu belədir: “Yaşıl iqtisadiyyat: Sən də qoşulmusanmı?” Qeyd edək ki, bu mövzu insanların təbiətə təsirini planetimizin hüdudları daxilində saxlamaq üçün hər kəsin öz öhdəsinə düşəni yerinə yetirməyin vacibliyini vurğulayır.
“Bütün dünyanın Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üzrə Konfransına hazırlaşdığı bir vaxt Ümumdünya Ətraf Mühit Günü bizlərə daha davamlı dünya yaratmaq üçün dəyişikliklərə ehtiyacın olduğunu vurğulamaq imkanı verir. Günün bu ilki mövzusu belədir: “Yaşıl iqtisadiyyat: Sən də qoşulmusanmı?” Qeyd edək ki, bu mövzu insanların ekoloji izlərini planetimizin hüdudları daxilində saxlamaq üçün hər kəsin öz öhdəsinə düşəni yerinə yetirməyin vacibliyini vurğulayır.
Dünya əhalisinin sayı 7 milyarddır və bu rəqəm 2050-ci ilə qədər 9 milyardı ötə bilər. Bu, hal-hazırda dünya əhalisinin yarıdan çoxunun yaşadığı və əhali sıxlığından əziyyət çəkən şəhərlərə, o cümlədən qida, su və enerjiyə artan tələbat səbəbiylə təbii ehtiyatların üzərində daha çox təzyiq olacağı deməkdir. Bu həmçinin daha çox insanın ləyaqətli iş axtaracağı deməkdir. Bütün dünyada hal-hazırda 1.3 milyard insan işsizlikdən yaxud layiqli iş yerinin olmamasından əziyyət çəkir. Hesablamalara görə növbəti on il ərzində daha yarım milyard insan əmək bazarına qoşulacaqdır.
Davamlılıq inkişafı sosial, iqtisadi və ekoloji cəhətdən balanslaşdıraraq hər kəsi bərabər imkanlarla təmin etməkdir. Biz iqtisadi və ekoloji tarazlıq arasında tərs mütənasibliyin mövcud olması haqda inanclara son qoymalıyıq. Ağıllı siyasətlər və düzgün investisiyalar vasitəsilə ölkələr ətraf mühiti mühafizə edə, iqtisadiyyatlarını inkişaf etdirə, layiqli iş yerləri aça və sosial inkişafı sürətləndirə bilərlər.
“Rio+20” davamlı inkişafa dair götürülmüş qlobal öhdəliyini dərinləşdirmək imkanı yaradır. Biz razılaşmalıyıq ki, Rioda artım və pulun yalnız Ümumdaxili Məhsul vasitəsilə ölçülməsi adekvat deyildir və dünya ölkələri qarşılarına Minilliyin İnkişaf Məqsədlərinin nailiyyətlərini möhkəmləndirəcək bir sıra davamlı inkişaf hədəfləri qoymalıdırlar. Biz eyni zamanda davamlılığın əsası olan enerji, su, qida, şəhərlər, okeanlar, iş yerləri və qadınların səlahiyyətlərinin artırılması kimi məsələlərdə də proqresə nail olmalıyıq.
Davamlılıq həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan millətlərin ictimai siyasət planında əhəmiyyətli yer qazanmaqdadır. BMT özü iqlim tarazlığı və ofis və fəaliyyətlərinin davamlı şəkildə idarəsi istiqamətində çalışır. Rioda biz dünyanın davamlı artım və inkişaf trayektoriyasını daha da yüksəltmək üçün tərəfdaşlarımızı səfərbər etməliyik. Ümumdünya Ətraf Mühit Günündə və bu tarixi konfransa az vaxt qaldığı bir vaxtda mən hökumətləri, biznesmenləri və cəmiyyətin bütün üzvlərini istədiyimiz davamlı gələcəyə nail olmaq üçün hər tərəfli seçimlər etməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR