AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin vaxtı payızda məlum olacaq

AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin vaxtı payızda məlum olacaq
# 04 iyun 2012 09:13 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-dan bildirilib. AMEA üzvlüyünə seçkilərin payıza qalmasına səbəb yay məzuniyyətinin başlanmasıdır. Məlumata görə, seçkilərin nə vaxt keçirilməsi ilə bağlı qərar sentyabrın ilk ongünlüyündən sonra veriləcək.
Xatırladaq ki, bir qədər əvvəl AMEA prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin iyun ayında keçiriləcəyini demişdi. Elana əsasən, AMEA-ya seçkilər elan verilən gündən, yəni fevralın 17-dən sonra 3 ay müddətində keçirilməlidir.
Qeyd edək ki, hazırda AMEA-nın 56 həqiqi, 106 müxbir üzvü var. AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Elana əsasən seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakant yer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR