“Tütünsüz həyat: Sən özün yarat!” adlı fotomüsabiqəyə yekun vurulub

“Tütünsüz həyat: Sən özün yarat!” adlı fotomüsabiqəyə yekun vurulub
# 04 iyun 2012 11:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “İRƏLİ” Tibb Klubunun birgə təşkilatçılığı ilə “Tütünsüz həyat: Sən özün yarat!” adlı fotomüsabiqə yekunlaşıb. “İrəli” İB-dən APA-ya verilən məlumata görə, layihənin yekunu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Ceyhun Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri İlham Məmmədov, Musa Quliyev, “İRƏLİ” Tibb Klubunun koordinatorları Nigar Əliyeva, Dünya Fərzəliyeva iştirak ediblər.

Qonaqlar tütünün zərərlərindən, ölkədə tütünə qarşı bu günə qədər keçirilmiş tədbirlərdən danışmış və fotomüsabiqəni ölkədə aparılan tütün əleyhinə layihə kimi yüksək qiymətləndiriblər.

Daha sonra fotomüsabiqə qaliblərinə münsiflər heyəti tərəfindən sertifikat verilib. Qeyd edək ki, layihə çərçivəsində müsabiqəyə 100-dən çox şəkil təqdim olunub. İlkin mərhələdən şərtlərə uyğun 52 şəkil və daha sonra ikinci mərhələdə münsiflər heyətinin seçimi ilə ilk 3 yerin qalibi və 10 nəfər sertifikat sahibi müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR