Qalada keçirilən «Tullantıdan sənətə» beynəlxalq sərgisi bu həftənin sonunadək davam edəcək - FOTOSESSİYA

Qalada keçirilən «Tullantıdan sənətə» beynəlxalq sərgisi bu həftənin sonunadək davam edəcək - <font color=red>FOTOSESSİYA</font>
# 04 iyun 2012 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Heydər Əliyev Fondu, «Təmiz Şəhər» ASC və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala qəsəbəsində iyunun 1-də rəsmi açılışı keçirilən «Tullantıdan sənətə» adlı beynəlxalq sərgi iyunun 10-dək davam edəcək.

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Təmiz Şəhər» ASC artıq iki ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihə həyata keçirir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etməkdir.

Ətraf mühitə diqqəti artırmaq və planetimizin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etmək məqsədilə rəssamlar tullantıları incəsənət əsərlərinin hazırlanmasında həm də ictimaiyyətin diqqətini tullantıların təsiri nəticəsində yaranan ekoloji problemlərə yönəltmə vasitəsi kimi istifadə edib.

Beynəlxalq sərgidə məşhur rəssamlardan Hans Şultun (Almaniya) «Tullantı layihəsi» adlı kompozisiyası, Mara Qoldvin və Maks Qassmanın (ABŞ) qəzet və polietilen parçalarından hazırladığı «Xalça», Marta Yeku və Aleksandra Potekanın (Rumıniya) ev təsərrüfatında istifadəyə yararsız texnika, əşya, qab-qacaq, geyim və digər əmtəələrdən hazırladığı «Qızıl tullantı» kompozisiyası, Yan Korbesin (Almaniya) istifadə olunmuş şinlərdən hazırladığı «Yumşaq mebel» və «Motosikl» kompozisiyaları, tanınmış yerli rəssamlardan isə Rəşad Ələkbərovun plastik butulka və boruların köməyi ilə hazırladığı «Milli motivlər» adlı rəsm əsərləri, Dadaş Məmmədovun zibil qutularını istifadə edərək hazırladığı «Palitra» və digər kompozisiyalar nümayiş etdirilir.

Sərgi «Azərbaycan İncəsənət Konsulluğu» İctimai Birliyinin («ArtsCouncil Azerbaijan») təşkilatı dəstəyi ilə həyata keçirilir.

Sərgidə iştirak etmək istəyənlər iyun ayının 10-dək hər gün saat 12:00, 15:30 və 19:00 «İçərişəhər»in Qoşa Qala qapısının önündən hərəkət edən avtobuslar vasitəsilə Qala qoruğuna gedə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR