Bakıda “Azərbaycan gəncliyinin XXI əsrdə ölkə iqtisadiyyatına baxışı” mövzusunda konfrans keçirilib

Bakıda “Azərbaycan gəncliyinin XXI əsrdə ölkə iqtisadiyyatına baxışı” mövzusunda konfrans keçirilib
# 04 iyun 2012 12:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycan Turizm İnstitutunda (ATİ) “Azərbaycan gəncliyinin XXI əsrdə ölkə iqtisadiyyatına baxışı” mövzusunda Tələbə Elmi Praktik Konfransı keçirilib.

APA-nın məlumatına görə, ATİ-nin İqtisadiyyat kafedrasının və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə institutun rektoru, professor Cəfər Cəfərov çıxış edib.

C.Cəfərov konfrans iştirakçılarına xatırladıb ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində prioritet sahələrdən biri də elm və təhsilin dinamik inkişafına nail olmaqdan ibarətdir.

Üç bölmədə fəaliyyət göstərən Tələbə Elmi Praktik Konfransının iştirakçılarından ATİ-nin tələbəsi Səbinə Əliyeva I yer, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Azər Həsənli II yer, ATİ-nin daha bir tələbəsi Könül Hüseynli II yer, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Turə Əlisəfazadə III yer, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cavidan Qasımlı III yeri tutmaqla pul mükafatına və fəxri diplomlara layiq görülüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR