Azərbaycan fövqəladə hallar naziri: “Zəlzələ bölgəsində tikilən bütün evlər soyuqlar düşənə qədər istifadəyə veriləcək”

Azərbaycan fövqəladə hallar naziri: “Zəlzələ bölgəsində tikilən bütün evlər soyuqlar düşənə qədər istifadəyə veriləcək”
# 04 iyun 2012 15:03 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir qeyd edib ki, artıq məktəblərin tikintisi gedir: “Zaqatalaya budəfəki səfərimin də əsas məqsədi işin gedişi ilə tanış olmaqdır. İlk baxışdan görülən işlər qənaətbəxşdir. Evlərin, məktəblərin və digər sosial obyektlərin tikintisində istifadə olunacaq inşaat materiallarının bir qismi artıq gətirilib və bu proses davam edir. Bölgədə havaların da yaxşı keçməsi işlərin sürətlə aparılmasına imkan verir”.

K. Heydərov qeyd edib ki, məktəblərin tikintisi yeni dərs ilinə kimi başa çatdırılacaq: “Cənab prezidentin tapşırığı ilə məktəblərin tikintisi yeni dərs ilinə qədər başa çatdırılmadır. Biz bu işi yüz faiz başa çatdıracağıq və məktəbləri yeni dərs ilinə kimi təhvil verəcəyik. Hazırda elə kəndlər var ki, orada kompakt tikinti işləri aparılır. Həmin kəndlərdə evlər tezliklə hazır olacaq. Digər kənd və qəsəbələrdə bütün evlər qış aylarına, soyuqlar düşənə qədər tikilib istifadəyə veriləcək. Bir daha qeyd edirəm ki, burda aparılan işlər ölkə başçısının daim diqqət mərkəzindədir və mütəmadi olaraq işin gedişi barədə ona məlumat verilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR