Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi Zərdab rayonunda xeyriyyəçilik aksiyası keçirib

Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi Zərdab rayonunda xeyriyyəçilik aksiyası keçirib
# 04 iyun 2012 23:24 (UTC +04:00)
Zərdab.Zahid Abışov – APA. Zərdab rayonunda akademik Böyükkişi Ağayevin rəhbərlik etdiyi Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin 10 nəfərdən ibarət həkim briqadası növbəti dəfə Zərdab rayonunda xeyriyyəçilik aksiyası keçirib.
Zərdab rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, Mərkəzi Rayon Xəstəxanasında keçirilən aksiya zamanı kardioloq, endokrinoloq, endoskopiya , kardiocərrah, USM, cərrahrezident və digər ixtisasdan olan həkimlər tərəfindən 3 gün ərzində 523 nəfər xəstə müayinə, müalicə olunmuş və 5 nəfər əməliyyat edilib. Bu aksiyanın hər il keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR