Bakıda 34, Azərbaycanın bəzi rayonlarında 37 dərəcə isti gözlənilir

Bakıda 34, Azərbaycanın bəzi rayonlarında 37 dərəcə isti gözlənilir
# 05 iyun 2012 08:56 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 15-20, gündüz 30-34 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 6-da hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.

İyunun 6-7-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR