Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Modeli – 2012” beynəlxalq təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Modeli – 2012” beynəlxalq təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyun 2012 10:38 (UTC +04:00)
APA-nın məlumatına görə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gənclər və İdman Nazirliyi, Gənc Sahibkarlar Şəbəkəsi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən mərasim “Quran” tilavəti ilə başlayıb. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov tədbirin əhəmiyyətindən danışıb. Şərqdə ilk müsəlman demokratik respublikasının məhz Azərbaycanda qurulduğunu xatırladan komitə sədri Azərbaycanın bu ənənəyə sadiq qaldığını deyib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu isə qeyd edib ki, İƏT müsəlman ölkələri arasında bərabərlik yaradan bir təşkilatdır: “İƏT BMT-dən sonra ikinci təşkilatdır, bizim hədəfimiz modernləşmə və inkişafdır. Azərbaycanın İƏT-lə münasibətləri 1996-cı ildə başlayıb. Azərbaycan hazırda bu təşkilatda aktiv üzvlərdən biridir”.
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, hazırda Azərbaycan bölgənin siması və lideridir: “Bölgə iqtisadiyyatının 85 faizi, demoqrafiyasının 65 faizi Azərbaycanın payına düşür. Belə bir dövlətin sözünü çatdırmaq qürurvericidir. Bu baxımdan Azərbaycan gənclərinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan bir çox dövlətlərlə mehriban qonşuluq əlaqələrini davam etdirir. Amma hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan son ana kimi danışıqlar prosesini davam etdirəcək. Amma sülh danışıqları heç bir nəticə verməsə, ölkənin hər bir gənci ali baş komandanın əmri ilə cəbhə bölgəsinə yollanmağa hazırdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR