Ümumdünya Səhiyyə Təşkilatı statistika və səhiyyə göstəriciləri departamentinin ekspertləri Azərbaycana gələcək

Ümumdünya Səhiyyə Təşkilatı statistika və səhiyyə göstəriciləri departamentinin ekspertləri Azərbaycana gələcək
# 05 iyun 2012 12:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regionu Daimi Komitəsinin iclasında, Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyasında və Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 131-ci sessiyasında iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daimi Komitə çərçivəsində Azərbaycan nümayəndə heyəti təşkilatın Avropa regional direktoru Jujanna Yakab ilə görüşüb. Görüşdə Azərbaycanda səhiyyə proqramlarının gedişi haqqında müzakirə aparılıb. Görüşdə səhiyyə statistikası və göstəricilərinin bir sıra qurumlar tərəfindən təhrif olunmuş şəkildə verilməsi ilə əlaqədar iradlar bildirilib. Azərbaycan tərəfinin dəvəti ilə bu ilin iyununda beynəlxalq təşkilatın statistika və səhiyyə göstəriciləri departamentinin ekspertlərinin Azərbaycana səfər etməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR