Lənkəranda şadlıq evlərində yoxlamalara başlanıb

Lənkəranda şadlıq evlərində yoxlamalara başlanıb
# 05 iyun 2012 12:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İyunun 1-dən etibarən Lənkəran rayonunda fəaliyyət göstərən bütün şadlıq evləri nəzarətə götürülüb. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Habil Sadıqovun sözlərinə görə, havaların istiləşməsi və qida zəhərlənmələri faktının çoxalması bu tədbirin görülməsini zəruri edib: ”Qida zəhərlənmələrinə daha çox şadlıq evlərində təsadüf olunduğu üçün biz ilk olaraq reyd və yoxlamaları da məhz onlardan başlamağa qərar verdik”. H. Məlikov bununla bağlı bütün şadlıq evlərinin rəhbərlərinin yazılı xəbərdarlıq etdiyini də bildirib: ”Bizim onlardan əsas tələbimiz ərzaq məhsullarının saxlanılma və bişirilmə texnologiyasına ciddi əməl edilməsindən, işçiləri tərəfindən isə gigiyenik qaydalara riayət olunmasından ibarətdir”. GEM direktoru hər hansı qanun pozuntusuna yol verən şadlıq evləri barədə ciddi ölçü götürüləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR