Azad Rəhimov İngiltərənin bir neçə lordu ilə görüşüb - FOTO

Azad Rəhimov İngiltərənin bir neçə  lordu ilə görüşüb - <font color=red>FOTO</font>
# 05 iyun 2012 12:44 (UTC +04:00)
Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov İngiltərədən olan lordlar Lord Muhamed Şeyx, Lord Patel (Lord Patel of Bradford), Lord Risby və Lord Dykeslə görüş keçirib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, görüşdə Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Görüş zamanı Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar və London Yay Olimpiya oyunlarına hazırlıq barədə danışılıb.

Bununla yanaşı, hər iki ölkənin gənclər təşkilatlarının daha sıx qarşılıqlı əməkdaşlığı, İngiltərədə təhsil alan Azərbaycanlı tələbələr üçün Lordlar palatasında bir sıra görüşlərin keçirilməsi, Azərbaycanlı tələbələrin İngiltərə parlamentində bir araya gəlmələri, İngiltərədə Azərbaycanın Milli Gününün keçirilməsi kimi təkliflər irəli sürülüb.

Bununla yanaşı hər iki ölkənin idmançılarının təcrübə mübadiləsi keçməsi fikri də təklif edildi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR