İmişli rayonunda məcburi köçkünlər üçün salınan qəsəbədə müşavirə keçirilib

İmişli rayonunda məcburi köçkünlər  üçün salınan qəsəbədə  müşavirə keçirilib
# 05 iyun 2012 21:51 (UTC +04:00)
İmişli. Əlibәy Zeynallı-APA. İmişli rayonunda Füzulidən olan məcburi köçkünlər üçün salınan qəsəbədə müşavirə keçirilib.
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, müşavirənin əsas məqsədi tikintiyə nəzarət və yerli sakinlərlə görüş olub.
İmişli rayonu ərazisində istismar müddəti başa çatmış Fin tipli qəsəbələrdə yaşayan məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni 550 evlik qəsəbə salınır. Bu qəsəbədə keçirilən müşavirədə baş nazirin müavini, qaçqın və məcburi köçkünlərin işlər üzrə dövlət komitəsinin sədri Əli Həsənov İmişli rayonu icra hakimiyyətinin başçısı Vilyam Hacıyev iştirak edib. Müşavirə iştirakçıları öncə ərazidə aparılan tikinti işləri ilə tanış olublar. Keçirilən müşavirədə inşaatçılarla tikinti barədə danışılıb, işlərin lazımi sürətdə keyfiyyətli və təhlükəsiz şəraitdə aparılması tapşırıqları verilib.

Daha sonra Fizuli rayonundan olan məcburi köçkünlərin iştirakı ilə müşavirə davam etdirilib. Sakinləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, İmişli rayonunda salınan qəsəbə 550 evdən ibarət olacaq. Qəsəbədə 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, feldşer məntəqəsi, klub-icma mərkəzi, həmçinin istirahət parkı da salınacaq. İlkin mərhələdə 325 ədəd 1-4 otaqlı mənzillərin tikilməsi nəzərdə tutulub. Hazırda bir çox binada işlər başa çatdırılıb. Ümumilikdə isə respublika ərazisində olan məcburi köçkünlər üçün salınan qəsəbə və binalar haqqında qaçqın və məcburi köçkünlərin işlər üzrə dövlət komitəsinin sədri Əli Həsənov geniş məlumat verərək bildirib ki, hazırda respublikanın 9 rayonunda tikinti işləri aparılır ki, bu da 4 min mənzil deməkdir. Hazırda tikilən qəsəbə ilə artıq 7 fin qəsəbəsinin ləğv olunmasını bildirən sədr qeyd etdi ki, növbəti iki ildə digər 8 fin qəsəbəsi ləğv edilərək yerində müasir qəsəbələr salınacaq.

Qeyd edək ki, İmişli rayonunda salınan qəsəbənin avqust ayına təhvil verilməsi nəzərdə tutulub. Bundan əlavə isə gələn il üçün respublika ərazisində aparılacaq tikinti işlərində bu il başlanılması nəzərdə tutulub. Əli Həsənov bildirib ki, prezidentin tapşırığına əsasən respublika ərazisində məskunlaşan və yataqxanalarda yaşayan məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılacaq. Bunun üçün Masazır və Qaradağ rayonu Müşfiqabad ərazisində qəsəbələrin tikildiyini bildirilib. Həmçinin Abşeron rayonu Qobu ərazisində 200 hektar ərazidə şəhərcik salınması da nəzərdə tutulub. Sədr onu da bildirib ki, prezidentin tapşırığına əsasən növbəti 3 ilədək yataqxanalara, məktəblərə və digər mənzillərə köçmüş məcbur köçkünlər hamısı evlə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR