Azərbaycanın bölgələrindəki orta məktəblərdə buraxılış imtahanlarının günləri dəyişdirilib

Azərbaycanın bölgələrindəki orta məktəblərdə buraxılış imtahanlarının günləri dəyişdirilib
# 06 iyun 2012 09:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda buraxılış imtahanları XI siniflər üçün iyunun 8-də saat 10.00-da, IX siniflər üçün saat 15.00-da keçiriləcək. Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda buraxılış imtahanları iyunun 13-də, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də, Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyunun 24-də, Lənkəran, Astara, Masalı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da keçiriləcək. Eksternat qaydada və səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər isə iyulun 4-də buraxılış imtahanı verəcəklər.

Qeyd edək ki, Bakının orta məktəblərində buraxılış imtahanları iyunun 2-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR