TQDK buraxılış imtahanları ilə bağlı apellyasiya komissiyaları yaradıb

TQDK buraxılış imtahanları ilə bağlı apellyasiya komissiyaları yaradıb
# 06 iyun 2012 09:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2011-2012-ci tədris ili üçün orta ümumtəhsil məktəblərində buraxılış imtahanları ilə bağlı apellyasiya komissiyaları yaradılıb. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, bu komissiyalar iyunun 30-dan iyulun 3-dək fəaliyyət göstərəcək. Komissiyaların işi başa çatdıqdan sonra buraxılış imtahanları haqda heç bir müraciətə baxılmayacaq.

Komissiyalar Bakıda TQDK-nın inzibati binasında və qurumun regional bölmələrində təşkil olunacaq.

TQDK sədri bildirib ki, bu günlərdə ali məktəblərdə qəbul imtahanları keçirmək üçün TQDK-ya əlavə vəsait ayrılıb. Nazirlər Kabinetinin 4 iyul sərəncamına əsasən ayrılan əlavə 3 milyon 600 min manat vəsait hesabına ali məktəblərə qəbul imtahanlarını təyin olunan vaxtda keçirmək mümkün olacaq. Onun sözlərinə görə, bu vəsait TQDK-nın maddi-texniki bazasının yaxşılaşdırılması üçün də istifadə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR