Azərbaycanda ilan sancmalarının sayı ötən illə müqayisədə artıb

Azərbaycanda ilan sancmalarının sayı ötən illə müqayisədə artıb
# 06 iyun 2012 09:58 (UTC +04:00)
Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, bu il şöbəyə müraciət edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur: “Ötən ilin müvafiq dövründə şöbəyə müraciət edənlərin sayı 27 nəfər olub. Bu onu deməyə əsas verir ki, Azərbaycanda ilan sancmalarının sayı artıb. Tarla və zəmilərdə işləyən əhali ehtiyatlı olmalı və belə hallar baş verən zaman vaxt itirmədən təcili tibbi yardıma müraciət etməlidirlər”.

A.Maqsudov onu da bildirib ki, bu il beş nəfər də “qaraqurd” hörümçəyinin sancması ilə bağlı şöbəyə müraciət edib. Onlar əsasən Bakı ətrafı qəsəbələrin sakinləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR