İndiyədək 1407 bakalavr magistraturaya proqram seçimini təsdiq edib

İndiyədək 1407 bakalavr magistraturaya proqram seçimini təsdiq edib
# 06 iyun 2012 10:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 4-dən etibarən magistraturada proqram seçmək üçün elektron ərizə qəbulu başlayıb. Bu gün səhər saat 11.00-a olan məlumata görə, təsdiq edilən ərizələrin sayı 1407-dir. APA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, birinci mərhələdən uğurla keçən bakalavrlar ayrılan müddət ərzində öz elektron ərizələrinə daxil olaraq müvafiq proqramı seçməlidirlər.

Onlar elektron ərizələrini təsdiqlədikdən sonra bakalavrlara “İmtahana buraxılış vərəqələri” veriləcək. Təsdiqlənmə müddəti başa çatdıqdan sonra bakalavrlar onlara müəyyən köməklik göstərilməsi ilə bağlı TQDK-ya müraciət etsələr də, bu müraciətlərə baxılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR