Azərbaycanda eroziya təhlükəlilik xəritəsi hazırlanır

Azərbaycanda eroziya təhlükəlilik xəritəsi hazırlanır
# 07 iyun 2012 09:18 (UTC +04:00)
Bu barədə APA-ya İnstitutun direktoru Seymur Səfərli bildirib. Onun sözlərinə görə, GİS texnologiyaları vasitəsilə hazırlanan potensial və aktual eroziya təhlükəlilik xəritələri ilkin olaraq Dağlıq Şirvan ərazisi - Ağsu, İsmayıllı, Şamaxı rayonları və Qobustan rayonunun bir hissəsi üçün hazırlanıb.

Hazırda Quba-Xaçmaz ərazisinə daxil olan rayonlar üçün belə xəritələrin hazırlanması prosesi həyata keçirilir. Daha sonra isə bütün ölkə ərazisi üçün eroziya təhlükəlilik xəritəsi tərtib ediləcək.

Hazırda Azərbaycan ərazisinin 3743,5 min hektarı, yəni 43,3 faizi eroziya prosesinə məruz qalıb. Onun 1336,7 min hektarı, yaxud 15,5 faizində şiddətli eroziya müşahidə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR