Azərbaycanda gözlənilən hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər

Azərbaycanda gözlənilən hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər
# 07 iyun 2012 09:37 (UTC +04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal küləyinin gün ərzində güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx və Sahildə 23-24 isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 8-də hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozlara əsasən, iyunun 8-dən 10-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amil olsa da, 8-9-da güclü külək bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR