Xaçmazda Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirib

Xaçmazda Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirib
# 07 iyun 2012 10:13 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Dövlət Miqrasiya Xidməti (DMX) Xaçmaz şəhərində miqrasiya məsələlərinə həsr olunan regional müşavirə keçirib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, müşavirədə Xaçmazla yanaşı Şimal regionunda yerləşən digər rayonlardan olan hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, icra hakimiyyətlərinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və yerli sahibkarlar iştirak ediblər. Tədbirdə çıxış edən DMX-in idarə rəisi İsmayıl Abdullayev Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olmasını, müvəqqəti və daimi yaşamasını, onların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsini tənzimləyən normativ-hüquqi aktların müddəaları barədə iştirakçılara ətraflı məlumat verib. Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar DMX əməkdaşları tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbir Xaçmazdan sonra Sumqayıt və Bakı şəhərlərində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR