TQDK-nın Göyçay, Şirvan və Ağcabədidə regional bölmələri yaradılıb

TQDK-nın Göyçay, Şirvan və Ağcabədidə regional bölmələri yaradılıb
# 07 iyun 2012 11:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabinetinin (NK) qərarı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yeni regional bölmələri yaradılıb. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilib. Qərar "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" ölkə prezidentinin 2012-ci il 19 aprel tarixli fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Maliyyə Nazirliyinin və TQDK-nın razılaşdırılmış təklifi nəzərə alınmaqla qəbul edilib. NK-nın qərarına əsasən, TQDK-nın Göyçay, Şirvan və Ağcabədi regional bölmələri yaradılıb. Yeni qərarla əlaqədar olaraq TQDK-nın regional bölmələrinin ştat vahidlərinin sayı 26-dan 38-ə qədər artırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR