Azərbaycan Gənclər Fondu Müşahidə Şurasının ilk iclası keçirilib

Azərbaycan Gənclər Fondu Müşahidə Şurasının ilk iclası keçirilib
# 07 iyun 2012 14:02 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman Nazirliyində Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. Fonddan AP-ya verilən məlumata görə, iclasda Şura üzvlərindən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Təhsil Nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nın İnkişaf Proqramının Layihə rəhbəri Məzahir Əfəndiyev, Avropa şurasının Azərbaycandakı Ofisinin rəhbərinin müavini Teymur Məlikaslanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Şahin Seyidzadə, , “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova iştirak ediblər. İclası Fondun icraçı direktoru Fərhad Hacıyev açıq elan edib.

Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sədrliyi üçün gənclər və idman nazirinin müavini İntiqam Babayevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul olunub. İclas zamanı Fondun loqosu Şura üzvlərinə təqdim olunub, loqonun simvolları açıqlanıb və təsdiq olunub. Gündəlikdə qeyd olunan digər məsələlərdən biri də elan olunacaq qrant müsabiqələri və onların şərtləri olub.

Qeyd olunub ki, sabah Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi yanında Gənclər Fondu yaradılıb. Fondun Əsasnaməsinə uyğun olaraq Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası həyata keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR