Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının sessiyasında iştirak edib - FOTO

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının sessiyasında iştirak edib - <font color=red>FOTO</font>
# 07 iyun 2012 15:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 101-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, gənclərin məşğulluğunun artırılması, hər bir şəxsin minimum sosial müdafiə tədbirləri ilə əhatə olunması və iş yerlərində əmək hüquqlarının qorunması mövzularına həsr olunmuş sessiyada BƏT-in baş direktorunun hesabatı dinlənilib.
Sessiyada məruzə ilə çıxış edən F.Ələkbərov Azərbaycanda ədalətli iqtisadi-sosial modelin uğurlu icra mərhələsinin yaşandığını vurğulayıb və gənclərin məşğulluğunun təminatı, əhalinin dayanıqlı sosial təminat sisteminin qurulması, yeni və layiqli iş yerlərinin yaradılması istiqamətində ölkədə görülən işlər barədə məlumat verib. Nazir qeyd edib ki, Azərbaycanda ölkə rəhbərinin fərmanı ilə yaradılan Gənclər Fondunun əsas hədəflərdən biri də məhz gənclərin səmərəli məşğulluğunun təmin olunmasıdır: “Ölkədə həssas əhali qrupunun yoxsulluqdan qorunması və davamlı sosial təminatla əhatələnməsi üçün Sosial Dəstək Fondunun yaradılması ilə bağlı işlər aparılır. Bu istiqamətdə beynəlxalq təşkilatlarla Layiqli Əmək üzrə Ölkə Proqramının prioritet sahələrində fəal əməkdaşlıq həyata keçirilir, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqli şəkildə yerinə yetirir”.
Səfər çərçivəsində F.Ələkbərovla BƏT-in yeni seçilmiş baş direktoru Qay Rayder arasında görüş keçirilib. Görüşdə F.Ələkbərov ölkədə davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn uğurlu islahatlar, gənclərin sosial müdafiəsi və səmərəli məşğulluğuna xidmət edən ardıcıl və məqsədyönlü tədbirlər, idmanın inkişafı istiqamətində aparılan işlər barədə məlumat verib və Qay Rayderi Azərbaycana səfərə dəvət edib. Q.Rayder Azərbaycanın inkişaf modelinin müsbət təcrübə olaraq bir çox ölkələrə ötürülə biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR