Əlillərin sosial hüquqlarının müdafiəsinə dair dövlət proqramının layihəsi hökumətə təqdim olunacaq

Əlillərin sosial hüquqlarının müdafiəsinə dair dövlət proqramının layihəsi hökumətə təqdim olunacaq
# 08 iyun 2012 08:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əlillərlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrup ixtisaslaşmış QHT-lərin nümayəndələri ilə birgə növbəti iclas keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov qurum tərəfindən sosial qanunvericilik bazasının mütərəqqi çalarlarla zənginləşdirilməsi və sosial cəhətdən həssas qrupların, əlilliyi olan insanların mənafeləri üçün yeni layihələr, təkliflər hazırlandığını, bu sahədə ixtisaslaşmış QHT-lərlə daimi əməkdaşlıq həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu iclas əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan yeni layihələrin müzakirəsinə xidmət edən növbəti toplantıdır.

Toplantıda «2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın layihəsi yekun mərhələdə müzakirə olunub, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri rəy və təkliflərini bildiriblər. Qeyd edilib ki, dövlət proqramının layihəsi yaxın günlərdə hökumətə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR