Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə vakant müəllim yerləri haqqında məlumatları toplamağa başlayıb

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə vakant müəllim yerləri haqqında məlumatları toplamağa başlayıb
# 08 iyun 2012 08:37 (UTC +04:00)
Bu barədə APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin əməkdaşı Zöhrab Kəlvəliyev bildirib. Vakant yerlər barədə məlumatlar iyunun 10-dək müəyyənləşdirilmiş forma üzrə Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim ediləcək.

Z. Kəlvəliyev bildirib ki, iyulun 1-dək vakant yerlər barədə məlumatların təhlili aparılacaq və həmin yerlər elektron bazaya yerləşdiriləcək.

Qeyd edək ki, Azərbaycanda ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu uc mərhələli müsabiqə-elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə yolu ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR