Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 105,8% icra edib

Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 105,8% icra edib
# 08 iyun 2012 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 087,0 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 284,7 mln. manat və ya 35,5% çoxdur. DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar 13,2% və ya 61,3 mln. manat artaraq 524,7 mln. manat təşkil edib.

İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,7%-i və ya 313,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 14,5% və ya 39,7 mln. manat artıb, proqnoz isə 105,8% icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 12,9% artıb.

Cari ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 211,7 mln. manat olub ki, həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4% və ya 21,6 mln. manat artıb. Digər gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2 mln. manat təşkil edib.

Qeyd olunan dövrdə Fondunun xərcləri 1 011,0 mln. manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 994,4 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 253,1 mln. manat və ya 34,1% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 35,1% və ya 252,3 mln. manat artaraq 971,7 mln. manat təşkil edib. Həmçinin bu ilin ilk 5 ayında əhaliyə 22,8 mln. manat məbləğində müavinət ödənilib.

Qeyd edək ki, Fondunun digər xərcləri 16,5 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,96 mln. manat və ya 5,5% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR