“Müəllif hüquqlarının gələcəyinə baxış” adlı dəyirmi masa keçirilib

“Müəllif hüquqlarının gələcəyinə baxış” adlı dəyirmi masa keçirilib
# 08 iyun 2012 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyində (MHA) Avropa Birliyinin “Azərbaycan Respublikasının müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialın artırılması (COPAZ)” adlı Tvinninq layihəsi çərçivəsində “Müəllif hüquqularının gələcəyinə baxış” adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, XXI əsrdə elm və texnikanın, rəqəmli iqtisadiyyatın inkişafı əqli mülkiyyətlə bağlı yeni çağırışlar ortaya qoyub. Əqli mülkiyyət mədəni irsin qorunub saxlanılmasında, intellektual məhsiulların yayılmasında mühüm rola malikdir.

K. İmanov deyib ki, əqli mülkiyyət obyektləri rəqəmli şəbəkələrə köçdükcə, onların qorunması prosesi də çətinləşir: “Rəqəmli şəbəkələrdə surətçıxarma çox asandır. Amma əqli mülkiyyət məhsulunun dəyəri aşağı düşür. İnternet artiq virtual bazara çevrilib. Elketron satış ildə 40-50 faiz artır. Hər il elektron satışa əlavə olaraq 1 milyon insan qatılır, il ərzində 2 milyona yaxın əməliyyat aparılır. Beynəlxalq Ticarət Palatısının hesablamalarına görə, piratçılığa qarşı radikal tədbirlər görülməsə, 2015-ci ildə dəyən iqtisadi ziyan 1,7 trilyon dolları açacaq. Hər il isə 2,5 milyon iş yeri itiriləcək. Buna görə də bütün dövlətlər yeni rəqəmli iqtisadiyyatda əqli mülkiyyətin qorunması sahəsində öz platformalarını hazırlamamlıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR