Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyun 2012 12:25 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının və gənclər təşkilatlarının rəhbərlərinin iştirak etdiyi tədbiri açan Fondun icraçı direktoru Fərhad Hacıyev deyib ki, qurum Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanına əsasən yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək. Mərasimdə Fondun loqosu və saytının da təqdimatı olub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və digərləri dövlət gənclər siyasəti, gənc nəslin Azərbaycanın inkişafında tutduğu yer və fondun əhəmiyyəti haqqında danışıblar. Natiqlər Azərbaycan gənclərinin hazırkı məqamda üzərinə daha çox məsuliyyətin düşdüyünü də qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR