Yaponiyanın Azərbaycandakı səfiri BDU-da olub - FOTO

Yaponiyanın Azərbaycandakı səfiri BDU-da olub - <font color=red>FOTO</font>
# 08 iyun 2012 12:27 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ilə görüşüb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığından, tələbə-müəllim mübadiləsindən və yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Dostluq qrupunun sədri Abel Məhərrəmov əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Səfir Şusuke Vatanabe universitetdə yapon dilinin tədrisindən razı qaldığını və bu günlərdə həmin fənni tədris edən müəllimlərin mükafatlandırılacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR