Azərbaycanın Litvadakı səfiri aparıcı ali təhsil ocaqlarının rəhbərləri ilə bir sıra görüşlər keçirib - FOTO

Azərbaycanın Litvadakı səfiri aparıcı ali təhsil ocaqlarının rəhbərləri ilə bir sıra görüşlər keçirib - <font color=red>FOTO</font>
# 08 iyun 2012 13:44 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın aparıcı ali təhsil ocaqlarının rəhbərləri ilə bir sıra görüşlər keçirib. Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, Litvanın ən qədim və ən böyük ali təhsil mərkəzi olan Vilnüs Universitetinin rektoru, professor Benediktas Yuodka ilə keçirilən görüşdə Vilnüs Universiteti ilə Azərbaycan universitetləri arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi barədə məsələlər müzakirə olunub. B. Yuodka rəhbərlik etdiyi universitetdə artıq Azərbaycandan bir neçə tələbənin təhsil aldığını qeyd edib, prezident İlham Əliyevin sərəncamı ilə 2008-2015-ci illər Azərbaycanlı gənclərin xaricdə təhsili ilə bağlı dövlət proqramına 2012-ci ildən Vilnüs Universitetinin də daxil edilməsindən duyduğu məmnuniyyəti dilə gətirib. Görüş zamanı, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədilə birgə fəaliyyət prinsipləri barədə razılığa gəlinib. Rektor B.Yuodka Azərbaycanın nüfuzlu ali təhsil ocağı ilə müəllim, tələbə və təcrübə mübadiləsinə dair anlaşma imzalamağa hazır olduqlarını bildirib. Azərbaycanın təhsil nazirinin yaxın vaxtlarda Litvaya səfəri zamanı bütün bu məsələlərin ətraflı müzakirə olunacağı qeyd edilib.
Bundan əvvəl, Səfir Həsən Məmmədzadənin Vilnüs Edukologiya Universitetinin rektoru Algirdas Gaijutis (Alğqirdas Qaijutis) ilə keçirdiyi görüşdə universitetlərarası əlaqələrin qurulması ilə yanaşı, Vilnüs Edukologiya Universitetində “Azərbaycan Mərkəzinin” açılması məsələləri müzakirə olunub. Mərkəzin maddi texniki təchizatı və fəaliyyəti ilə bağlı səfirlik tərəfindən dəstək veriləcəyi qeyd edilib.
Professor A.Gaijutis Avropa İttifaqının təhsil sahəsində bir çox proqramlarında Edukologiya Universitetinin Azərbaycan ali təhsil ocaqları ilə birgə işləməyə hazır olduqlarını bildirib.
Səfirlik tərəfindən hər iki ali təhsil ocağının kitabxanalarına Azərbaycana dair kitab və nəşrlər hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR