ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri ” adlı V Respublika elmi-praktik konfransına yekun vurulub - FOTO

ADU-da  “Xarici dillərin tədrisinin  aktual problemləri ” adlı V Respublika elmi-praktik konfransına yekun vurulub - <font color=red>FOTO</font>
# 09 iyun 2012 08:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri ” adlı V Respublika elmi-praktik konfransına yekun vurulub. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın bağlanış mərasimində çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov bölmələrdə maraqlı müzakirələrin getdiyini söyləyib. Əvvəlki konfranslara nisbətən budəfəki konfransda keyfiyyətin yüksəldiyini bildirən D. Yunusov müzakirələrdə 22 ali məktəb və müxtəlif orta məktəb nümayəndələrinin də fəal iştirak etdiyini qeyd edib.

Sonra konfransın bölmə rəhbərləri – professorlar Bilal İsmayılov, Dilarə İsmayılova, Gülnar Hüzeynzadə, Azad Məmmədov, Ələkbər Qubatov, dosentlər Gülbəniz Camalova, Aytən Bayramova çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər. Bölmə rəhbərləri iclaslarda edilən çıxışları qənaətbəxş hesab etdiklərini və bölmələrdə aparılan qarşılıqlı fikir mübadilələrini müsbət xarakterizə etdiklərini bildiriblər və xarici dillərin tədrisinin inkişafı baxımından oxşar konfrans və iclasların mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.

Sonda konfransın yekun sənədi qəbul edilib. Bununla da, iyunun 7-8-də ADU-da keçirilən “Xarici dillərin tədrsinin aktual problemləri ” adlı V Respublika elmi-praktik konfransı başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR