Azərbaycanda “Ümumdünya Qan Donoru” gününə həsr olunmuş tədbir keçiriləcək - FOTO

Azərbaycanda “Ümumdünya Qan Donoru” gününə həsr olunmuş tədbir keçiriləcək - <font color=red>FOTO</font>
# 09 iyun 2012 08:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İRƏLİ” Tibb Klubu “Ümumdünya Qan Donoru” gününə həsr olunmuş tədbir keçirəcək.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın APA-ya verdiyi məlumata görə, Azərbaycan ictimaiyyətinin diqqətini 14 İyun “Ümumdünya Qan Donoru” gününə cəlb etmək, qan verən insanlara minnətdarlıq bildirmək məqsədilə 13 iyun tarixindən başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində “İctimai Səhiyyə və İslahatlar” Mərkəzi, “İRƏLİ” İctimai Birliyi, “WHO Azerbaijan”, “AAA” və digər təşkilatların təşəbbüsü ilə Azərbaycanda bu günün qeyd olunması planlaşdırılır.

Bu məqsədlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İRƏLİ” Tibb Klubu “Ümumdünya Qan Donoru” gününə həsr olunmuş tədbirə start verir.

Layihə çərçivəsində gənclər arasında qanvermə ilə bağlı sorğu keçiriləcək, gənclər üçün maarifləndirici seminar təşkil olunacaq.
Seminar 14 iyun 2012-ci il tarixində saat 15.00-da “İRƏLİ” İctimai Birliyinin “ŞUŞA” zalında keçiriləcək.

Qeyd edək ki, hər il 14 iyun tarixi müxtəlif ölkələrdə qan donoru günü kimi, hər hansı bir şüar altında qeyd edilir. 2012-ci ilin şüarı isə“ Qan donoru - qəhrəmandır” elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR