Dünən keçirilmiş buraxılış imtahanlarında 8 şagird qanun pozuntusuna yol verdiyi üçün imtahandan uzaqlaşdırılıb

Dünən keçirilmiş buraxılış imtahanlarında 8 şagird qanun pozuntusuna yol verdiyi üçün imtahandan uzaqlaşdırılıb
# 09 iyun 2012 08:55 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanları ilə bağlı məlumat yayıb.

TQDK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 8-də hər bir rayon üzrə saat 10:00-da XI siniflər, həmin gün 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdiriblər.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb.
TQDK sədri Məleykə Abbaszadə imtahan prosesini yaxından izləmək üçün Şamaxı və İsmayıllı rayonlarındakı imtahan mərkəzlərində olub, imtahanın gedişi ilə tanış olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.

İlkin məlumatlara əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR