Azərbaycan paytaxtında güclü şimal-qərb küləyi sabah axşam saatlarına kimi davam edəcək

Azərbaycan paytaxtında güclü şimal-qərb küləyi sabah axşam saatlarına kimi davam edəcək
# 09 iyun 2012 11:59 (UTC +04:00)
Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Abşeron yarımadasında güclü şimal-qərb küləyinin İyunun 10-u axşamadək davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR