Azərbaycan Gənclər Fondunun icraçı direktoru Strasburqda səfərdədir - FOTO

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Strasburqda səfərdədir - <font color=red>FOTO</font>
# 11 iyun 2012 06:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş üzrə proqram komitəsinin növbəti iclasında iştirak edəcək. Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, iclas iyunun 11-dən 14-dək davam edəcək.
F. Hacıyev səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Avropa Gənclər Fondunun rəhbəri Jan Klod Lazaro və Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə görüşlər nəzərdə tutulub. Görüşlərin məqsədi Azərbaycan Gənclər Fondu haqqında ətraflı məlumatı çatdırmaq və gələcəkdə birgə əməkdaşlıq haqqında razılığa gəlməkdir.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılıb. Fondun məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR