Bu il Azərbaycanda 1352 baş heyvanda brusellyoz aşkarlanıb

Bu il Azərbaycanda 1352 baş heyvanda brusellyoz aşkarlanıb
# 11 iyun 2012 09:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin 5 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 823120 baş iribuynuzlu, 78494 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq müayinə aparılıb.

DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müayinələrin nəticələrinə əsasən, 1114 baş iribuynuzlu, 238 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar təlimata uyğun olaraq zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb.

Bununla yanaşı, vərəmə qarşı 478402 baş iribuynuzlu, manqoya qarşı 56313 baş təkdırnaqlı heyvan müayinəyə cəlb edilib və xəstə aşkar olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR