Gürcüstanda 20 azərbaycanlı qarayara xəstəliyinə yoluxub

Gürcüstanda 20 azərbaycanlı qarayara xəstəliyinə yoluxub
# 11 iyun 2012 09:18 (UTC +04:00)
Onlardan 20 nəfəri azərbaycanlılardır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Tiflisdəki Yoluxucu Xəstəliklər Mərkəzinin baş mütəxəssisi Mariam Buladze açıqlayıb. Onun sözlərinə görə, son günlər bu xəstəliyə yoluxma hallarına tez-tez rast gəlinir: “ Bu xəstəliyə ən çox yoluxanlar azərbaycanlıların kompakt yaşadığı Saqareco, Qardabani, Marneuli və Bolnisi rayonlarının sakinləridir. Xəstəliyin yayılma səbəbi mal-qaranı yaylağa apararkən ölmüş mal-qaranın cəsədləri ilə vətəndaşların ehtiyatsız davranmaları olub. Hal-hazırda 5 azərbaycanlı Rustavi Yoluxucu Xəstəliklər Xəstəxanada müalicə olunur. Digər 15 azərbaycanlı isə ilkin müayinədən sonra evlərinə buraxılıblar”.
M.Buladzenin dediyinə görə, hazırda regionlarda qarayara xəstəliyi ilə mübarizə üçün profilaktik tədbirlər həyata keçirilir, əhali arasında qarayara xəstəliyinə qarşı diqqətli olmaq üçün təbliğat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR