TQDK iyunun 8-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb

TQDK iyunun 8-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb
# 11 iyun 2012 11:00 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri qurumun rəsmi internet səhifəsində yerləşdirilib. Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Rus dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30



Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR