Rusiyada MDB ölkələri və Gürcüstanın separatçı bölgələri ilə sosial-iqtisadi əməkdaşlıq üzrə yeni idarə yaradılıb

Rusiyada MDB ölkələri və Gürcüstanın separatçı bölgələri ilə sosial-iqtisadi əməkdaşlıq üzrə yeni idarə yaradılıb
# 11 iyun 2012 12:56 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Rusiya prezidenti Vladimir Putin MDB ölkələri və Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq üzrə yeni idarə yaradıb.

APA-Economics”in Kremlin mətbuat xidmətinə istinadən xəbərinə görə, idarənin rəhbəri vəzifəsinə Yuri Voronin təyin olunub.

Rusiya Prezident Administrasiyasının nəzdində yaradılan idarənin təşkilində məqsəd MDB ölkələri və Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq üzrə Rusiya prezidentinin fəaliyyətini təmin etməkdir.

Qeyd edək ki, Yuri Voronin bundan əvvəl Rusiyanın səhiyyə və sosial inkişaf nazirinin müavini olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR