Azərbaycanın Oğuz rayonunda e. ə. I minilliyə aid dəfn adətini əks etdirən qəbir aşkarlanıb

Azərbaycanın Oğuz rayonunda e. ə. I minilliyə aid dəfn adətini əks etdirən qəbir aşkarlanıb
# 11 iyun 2012 13:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Oğuz rayonunda e.ə. I minilliyə aid dəfn adətini əks etdirən qəbir aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov bildirib. Onun sözlərinə görə, qəbir rayonun Dərəzəmin adlanan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb: “Son tunc-ilk dəmir dövrünə aid olan qəbirdə bir yox, bir neçə nəfər basdırılıb. 1 uşaq və 3 böyük adamın basdırıldığı qəbrə meyitlərdən yalnız biri bükülü vəziyyətdə qoyulub. Digər meyitlər isə qəbrə parçalanmış vəziyyətdə yerləşdirilib. Belə dəfn adəti skiflərdə, khmer tayfalarında olub. İndiyədək Azərbaycanın bir neçə bölgəsində bu cür dəfn adətini əks etdirən qəbirlər aşkarlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR