Azərbaycanda "İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı" təsdiqlənib

Azərbaycanda "İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı" təsdiqlənib
# 12 iyun 2012 08:16 (UTC +04:00)
APA-nın Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, siyahı baş nazir Artur Rasizadənin imzası ilə iyunun 11-də təsdiq edilib.
İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) siyahısı belədir:

Sıra №-si

Psixi pozuntunun adı

Xəstəliyin XBT-10 üzrə kodu

1.

Üzvi emosional-labil (astenik) pozuntu

F 06.6.

2.

Yüngül dərəcəli koqnitiv pozuntu

F 06.7.

3.

Yüngül dərəcəli depressiv epizod

F 32.0.

4.

Orta dərəcəli depressiv epizod

F 32.1.

5.

Rekurrent depressiv pozuntu, yüngül dərəcəli gedişli epizod

F 33.0.

6.

Rekkurent depressiv pozuntu, orta dərəcəli gedişli epizod

F 33.1.

7.

Distimiya

F 34.01.

8.

Aqorafobiya

F 40.0.

9.

Sosial fobiya

F 40.01.

10.

Spesifik fobiyalar

F 40.2.

11.

Təşviş pozuntuları (epizodik paroksizmal həyəcan)

F 41.0.

12.

Generalizə olunmuş təşviş pozuntuları

F 41.1.

13.

Qarışıq təşviş və depressiv pozuntular

F 41.2.

14.

Kəskin stress reaksiyası

F 43.0.

15.

Posttravmatik stress pozuntusu

F 43.1.

16.

Uyğunlaşma pozuntusu (adaptasiya pozuntuları)

F 43.2.

17.

Somatikləşmiş pozuntu

F 45.0.

18.

İpoxondrik pozuntu

F 45.2.

19.

Somatoform vegetativ pozuntu

F 45.3.

20.

Nevrasteniya

F 48.0.

21.

Nevrogen anoreksiya

F 50.0.

22.

Nevrogen bulimiya

F 50.2.

23.

Qeyri-üzvi mənşəli yuxusuzluq

F 51.0.

24.

Qeyri-üzvi mənşəli hipersomniya

F 51.1.

25.

Qeyri-üzvi mənşəli ayıq-yuxu rejiminin pozuntusu

F 51.2.



Siyahıda qeyd olunan pozuntuların ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri tərəfindən müalicəsi zamanı bir ay müddətində xəstənin vəziyyəti yaxşılaşmadıqda, xəstə mütləq ixtisaslaşdırılmış psixiatriya müəssisəsinə göndərilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR