Baş Prokurorluğun əməkdaşı MDB ölkələri ekspertlər qrupunun iclasında iştirak edib

Baş Prokurorluğun əməkdaşı MDB ölkələri ekspertlər qrupunun iclasında iştirak edib
# 12 iyun 2012 09:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 6 və 7-də Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin səlahiyyətli orqanları tərəfindən cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğuların verilməsi mexanizminə dair Protokol layihəsinin razılaşdırılması üzrə ekspertlər qrupunun növbəti iclası keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Protokol layihəsinə düzəliş edilməsinə dair Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər nəzərdən keçirilərək səs çoxluğu ilə qəbul edilib.
Tədbirdə Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Anar Tağıyev təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR