Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 38 dərəcəyə yüksələcək

Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 38 dərəcəyə yüksələcək
# 12 iyun 2012 09:27 (UTC +04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq.

Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil və Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında iyunun 13-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara əsasən, iyunun 13-dən 16-dək Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bununla yanaşı, gündüz saatlarında isti diskomfort şərait gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR